Bakıda orta yaşlı kişi küçədə bıçaqlanıb

Bakıda orta yaşlı kişi küçədə bıçaqlanıb
06:47 23 Yanvar 2018
138 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ Bakının Sabunçu rayonunda baş vermiş dava zamanı bir nəfər bıçaq xəsarəti alıb.
"Report" xəbər verir ki, hadisə Ramana qəsəbəsində, Şuşa şəhərciyində baş verib.
1983-cü il təvəllüdlü Hüseynov Zöhrab Şamil oğlu küçədə tanımadığı şəxslə əlbəyaxa dava edib. O, naməlum şəxsin bıçaqla hücumuna məruz qalıb. Nəticədə Z.Hüseynov kürək nahiyəsindən iki bıçaq xəsarəti alıb. 
Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi araşdırma aparır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-orta-yasli-kisi-kucede-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR