Qaradağdakı dəhşətli qəza ilə bağlı cinayət işi başlanıb

Qaradağdakı dəhşətli qəza ilə bağlı cinayət işi başlanıb
15:54 10 Yanvar 2015
143 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Qaradağ rayonunda 2 nəfərin ölümü və 5 nəfərin yaralanması ilə nəticələnmiş yol qəzası ilə əlaqədar cinayət işi açılıb.

 

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun APA-ya verdiyi məlumata görə, faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

O bildirib ki, iş üzrə müvafiq ekspertizalar təyin edilib, istintaq tədbirləri davam etdirilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189952

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR