Namiq Qaraçuxurlu: "...mütləq kimləsə dalaşacam"

Namiq Qaraçuxurlu: "...mütləq kimləsə dalaşacam"
17:05 10 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Meyxanaçı Namiq Qaraçuxurlu yarışma proqramlarına getməməyinin səbəbini açıqlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, “Top kimi şou”nun qonağı olan sənətçi aparıcının “Yarışma verilişlərindən qaçırsan. “Maşın” şouya da qatılmaqdan imtina edirsən. Nə üçün” sualına belə cavab verib:

“Müəyyən mərhələlər var ki, müğənni onu keçməlidir. Mən düşünürəm ki, onları arxada qoymuşam. Artıq yarışma verilişləri mənlik deyil. Şou-biznesdə yaxın münasibətdə olduğum dostlarım var. Bu aləmdə nə qədər çox olarsan, o qədər qalmaqal, problem yaranır. Çalışıram kənar gəzim. Həmkarlarımla üz-üzə gələndə mehriban görüşürəm. “Maşın” şouya gəlmisənsə, burada qalmaqal olur. Xarakterim elədir ki, mütləq kimləsə dalaşacam. Onu etməmək üçün də getmirəm”.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR