Azərbaycanda xəbər saytlarının dilinin monitorinqi aparılır.

Bu barədə Publika.az-a Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva məlumat verib.

Onun sözlərinə görə, aparılan monitorinqlərin nəticələri bu ilin mart ayında “Saytların dil mənzərəsi” adlı ənənəvi konfransda açıqlanacaq:

“Saytlardakı ümumi problemlər qalmaqdadır. Bu il saytların monitorinqinə kiçik saytlar da cəlb edilib. Biz əsasən, xəbər saytlarının dilinin monitorinqini aparırıq. Lakin bu gün kiçik saytların başlığı bizi həmin saytı açmağa imkan verirsə, onların da monitorinqə cəlb edilməsinə ehtiyac var. Bu gün insanların informasiya aldığı 10-a yaxın sayt var ki, bizim monitorinqimiz əsasən onlara yönəlib”.

S.Əliyeva bildirib ki, ötən ilki monitorinqlərdən sonra saytların dil mənzərəsində irəliləyiş müşahidə edilir:

“Lakin bəzən dildə vətəndaşlıq qazanmayan sözlərdən çox istifadə edilir. Məqsədimizin dilin saflığını qorumaq və dil qaydalarına uyğun məlumatların yayılmasıdır”.

Gülxar