Qazaxda müəmmalı yanğın (FOTO)

Qazaxda müəmmalı yanğın (FOTO)
17:43 10 Yanvar 2015
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

Qazax sakini Oqtay Süleymanovun evində müəmmalı yanğın hadisəsi baş verib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, ev sahibinin qızı günorta vaxtı evi təmizləyərkən qəfildən mətbəxdə alov görüb. Dərhal atasını, qonşuları köməyə çağıraraq alovu söndürməyə cəhd edib. Bu zaman eyvanda sərilən kilim alovlanmağa başlayıb, az müddət sonra isə yataq otağındakı şkaf və pərdə yanıb. Qəfildən alovlanan ev əşyaları Süleymanovları xeyli təəccübləndirib.

2 otaq, 1 eyvan və mətbəxdən ibarət evdə oğlu ilə yaşayan Oqtay Süleymanov evdə azyaşlı uşaqların olmadığını, qəfil alovun hansı səbəbdən baş verdiyini aydınlaşdıra bilmədiyini deyir. Yanğın baş verən evi görənlər isə təəccüblərini gizlədə bilmirlər.

Ev sahibinin sözlərinə görə, analoji yanğın hadisəsi onun kənddə yaşayan qızının evində də baş verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2351834.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR