Bunu "Report"a Milli Turizmin Təbliği Bürosunun media və PR üzrə meneceri Kənan Quluzadə deyib.
K.Quluzadənin sözlərinə görə, bir sıra aviaşirkətlər artıq Azərbaycana uçuşları artırmaq niyyətindədir: "Cənubi Çin Hava Yolları və İsrail Hava Yolları şirkətləri aktivləşməyə başlayıb. Yaxın vaxtlarda "Etihad" və Pakistan Hava Yolları şirkətləri Azərbaycana uçuşlara başlayacaq.
Büro sözçüsü qeyd edib ki, Azərbaycandan Monteneqroya birbaşa uçuşlara firmaların marağı böyükdür: " Artıq 300-ə yaxın tur firması bunun üçün müraciət edib".
K.Quluzadə çarter reyslər üzrə aviaşirkətin hələlik müəyyən edilmədiyini deyib: "Bu, asılıdır turoperatordan. İndiki halda bu, "Pasha Holdays"dir. Düşünürəm ki, yerli aviaşirkətə üstünlük veriləcək".