Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Bakı şəhər sakini Elçin Dadaşov olması müəyyən edilib.
Görülən tədbirlərlə o, dələduzluq etməkdə şübhəli bilinərək saxlanılıb.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun 2017-ci il ərzində Şəki rayon sakini olan 25 nəfəri də aldadaraq dələduzluq yolu ilə onlardan ümumilikdə 4420 manat alması müəyyən edilib.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.