Mətbuat Şurası Müdafiə Nazirliyi ilə birgə Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş jurnalist yazıları müsabiqəsi keçirəcək.
Lent.az-ın məlumatına görə, bu barədə Şura sədri Əflatun Amaşov Müdafiə Nazirliyinin rəhbərliyinin KİV rəhbərləri ilə görüşündə məlumat verib. Müsabiqə mart ayından iyun ayınadək davam edəcək. Müsabiqənin nəticələri 26 iyun - Ordu günü ərəfəsində açıqlanacaq.