Azərbaycan Moldovada keçirilən şərab sərgisində iştirak edir

Azərbaycan Moldovada keçirilən şərab sərgisində iştirak edir
06:17 22 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Kişinyov. 22 fevral. REPORT.AZ/ Moldovanın paytaxtı Kişinyovun “Respublika sarayı”nda "Expovin Moldova-2018” XXVII ixtisaslaşmış şərab sərgisi və şərab və spirtli içkilərin beynəlxalq dequstasiya müsabiqəsi ("Black Sea Region Wines&Spirits Contest-2018”) öz işinə başlayıb.
“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, açılış mərasimində iştirak edən Moldova prezidenti İqor Dodon bildirib ki, nəsildən-nəsilə ötürülən qədim və zəngin şərabçılıq ənənələrinə malik Moldovada hazırda 100-ə yaxı müəssisə üzüm şərabları istehsal edir.
“Bunun nəticəsidir ki, ötən il Moldova MDB ölkələrinin ənənəvi bazarlarına 138, Avropa Birliyi ölkələrinin bazarlarına isə 77 milyon litr şərab tədarük edib”, - deyə o, vurğulayıb.
Azərbaycan da daxil olmaqla 12 ölkədən (Rumıniya, Ukrayna, Gürcüstan, Çexiya, Slovakiya, Macarıstan, İtaliya, İspaniya, Belarus, Kanada) 90-dan çox şərab istehsalçıları sərgidə öz məhsulları ilə təmsil olunublar.
"Gəncə Şərab 2" ASC-nin idarə heyətinin sədr müavini Elbrus Əhmədov şərab və spirtli içkilərin beynəlxalq dequstasiya müsabiqəsində müsabiqə komissiyasının üzvü kimi ölkəmizi təmsil edir.
Sərgi iki gün davam edəcək. Fevralın 23-də isə beynəlxalq müsabiqənin qaliblərinin adları elan ediləcək və onlara diplomlar təqdim olunacaq.





Xəbərin orijinal ünvanı: https://report.az/turizm-ve-sergiler/azerbaycan-moldovada-kecirilen-serab-sergisinde-istirak-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR