Keçən il dopinqdə "ilişən" "Şaxtyor"un futbolçusu Dario Srna ilə bağlı yekun qərar verilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, xorvatiyalı müdafiəçi bu ilin avqust ayına qədər diskvalifikasiya olunub.

Qərarı Ukrayna Milli Antidopinq Mərkəzi qəbul edib.

Günahını boynuna alan Srna sentyabrın 22-də "Şaxtyor"un heyətində məşqləri dayandırıb. Onun cəzası avqustun 22-də bitəcək. Lakin reqlamentə əsasən, Srna iki ay əvvəl, yəni iyunun 22-dən "Şaxtyor"da məşqlərə başlaya biləcək.

Qeyd edək ki, mayda 36 yaşını tamamlayacaq Dario Srna 2003-cü ildən "Şaxtyor"un üzvüdü.

Milli.Az