Pakistanda dəhşətli yol qəzası: 57 nəfər yanaraq öldü

Pakistanda dəhşətli yol qəzası: 57 nəfər yanaraq öldü
08:54 11 Yanvar 2015
159 Dünya
Ölkə mətbuatı
A- A+

Pakistanın Kəraçi şəhərində avtobusun yanacaq daşıyan yük maşını ilə toqquşması nəticəsində 57 nəfər ölüb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, avtobusda qadın və uşaqlar daxil olmaqla azı 55  sərnişin olub.  Şəhərin rəsmi qurumlarının məlumatına görə, qəzaya səbəb yanacaq daşıyan yük maşınının sürücüsünün yol hərəkəti qaydalarını pozması olub.

 

Məlumata görə, toqquşma güclü partlayış səbəb olub və nəticədə  hər iki avtomobil tamamilə yanıb.     

 

“Bizə 57 cəsəd daxil olub. Qurbanların sayının artacağı istisna olunmur”, deyə “Frans Press”ə  həkim Semi Camali bildirib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189988

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR