Bakının Binəqədi rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Milli.Az report.az-a istinadən bildirir ki, 1991-ci il təvəllüdlü Nəzərov Kamal Atabala oğlunu rayonun 9-cu mikrorayonu ərazisində yolu keçərkən minik avtomobili vurub.
Piyadanın xəsarət aldığını görən sürücü hadisə yerindən qaçıb.
Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Milli.Az