“Dövlətə paralel olaraq belə bir qüvvələrin mövcudluğu yolverilməzdir” - Politoloq

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Hərbi Dəniz Qüvvələrinin 65 sabiq zabiti ömürlük həbs cəzasına məhkum edilib.

Metbuat.az-ın məlumatına görə, 18 zabitə ömürlük həbs cəzası, 47 zabitə isə daha ağır saxlanma şəraiti olan ömürlük həbs cəzası verilib.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən bunu Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov qeyd edib ki, Azərbaycan üçün Türkiyənin güclü olması, qüdrətli olması vacibdir: “Hamıya məlumdur kı, illərdir Gülən şəbəkəsi Azərbaycan da daxil olmaqla, bir çox dövlətlərdə, o cümlədən, Türkiyədə çox dərin və geniş şəbəkəyə malik idi. Həmin şəbəkəninin üzvləri bələdiyyələrdən tutmuş polisə kimi, kəşfiyyat orqanlarına kimi sızmışdılar. Təbii ki, dövlətə paralel olaraq belə bir qüvvələrin mövcudluğu yolverilməzdir.

Fətullah Gülən hərəkatının kökündə Türkiyə Cümhuriyyətinin mühasirəyə alınaraq, dövlətin hərəkət etmə funksiyasını iflic etmə məqsədi dayanır. Bu hərəkat gec xəbər tutulan, dövlətin bütün təşkilatlarına sızan, hörümçək toru kimi şəbəkə halını alan nəhəng bir gücdür. Onlara qarşı mübarizə Türkiyədə hələ də başa çatmayıb. Bununla bağlı islahatlar davam etməkdədir.

Hər bir dövlətin milli təhlükəsizliyi məsələsi çox önəmlidir. Xarici qüvvələrə işləyən dövlət adamlarına qarşı ən qəddar tədbirlərin alınması olduqca vacib məsələdir ki, bu, digərlərinə də ibrət olsun”.

Qeyd edək ki, 2016-cı il iyulun 15-də Türkiyədə hərbi çevriliş cəhdi olub. Nəticədə 246 nəfər ölüb, 2000-dən çox insan yaralanıb. 20 iyulda prezident Rəcəb Tayyib Ərdoğan ölkədə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edib. Fövqəladə vəziyyət rejimi bundan sonra bir neçə defə uzadılıb.

Günay Elşadqızı / METBUAT.AZ

“İranla münasibətimizin indiki səviyyəsi çətinliklərin həlli üçün unikal imkan yaradır” – Elman Nəsirov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı