Millət vəkili Aydın Mirzəzadə barədə yalan məlumat paylaşıldı

"Azadlıq" qəzetinin Feysbuk səhifəsində millət vəkili, YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə barədə yalan məlumat paylaşılıb.

Metbuat.az xəbər verir ki, bu barədə millət vəkili Feysbuk sosial şəbəkəsindəki hesabında yazıb: “Feysbukda “Azadlıq qəzeti” adlı bir səhifə var. Bir-iki saat əvvələ qədər onun mövcudluğundan xəbərsiz idim. Dostlardan biri Feysbukda mənə mesaj yazdı: “Bu səhifədə sənin haqqında yalan bir xəbər paylaşıblar”.

Girib baxdım, mənimlə bağlı yalan bir xəbər paylaşıblar. 11 martda Yevlaxda məktəbliləri daşıyan avtobus qəzaya düşəndə mən gün ərzində beş ağır yaralının yerləşdirildiyi Mingəçevir xəstəxanasının rəhbərliyi ilə əlaqə saxladım və yenilikləri səhifəmdə bölüşdüm.

Bu gün axşam isə yuxarıda adıçəkilən Feysbuk səhifəsi mənim həmin paylaşımımı tam dəyişərək yazmadığım fikirlərlə status paylaşıb və onu müzakirəyə çıxarıb. Müzakirəyə qoşulanlar isə mənim səhifəmi oxumadan gözlərini yumub...

Bildirim ki, həmin səhifə müxalif “Azadlıq” qəzetinin rəsmi Feysbuk səhifəsidir. Radikal müxalifətçi Əli Kərimlinin rəhbərlik etdiyi "Azadlıq" qəzetinin feysbuk səhifəsi. Artıq yalana və şərə keçiblər. Fikirləşirlər ki, oxuyanlardan beşi inansa belə, qazancımızdır. Yalanla qazanılan qazanc...”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR