Şəkəri qidalanmamızdan çıxartsaq nə baş verər?

Şəkərli qidalar enerji verir. Ancaq həddindən artıq şəkər istehlakı yorğun və halsız hiss etməyinizə səbəb olur. Gün ərzində bu cür problemlərlə qarşılaşmamaq üçün ən sağlıqlı üsul şəkərdən imtina etməkdir.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, həddən artıq şəkər istehlakı ziyanverici bakteriyaların çoxalmasına səbəb olur. Şəkər istifadəsini kəsdiyinizdə bağırsaqdakı yararlı bakteriyalar zərər görmür və bu da immunitet sisteminin qorunmasında önəmli rol oynayır.

Şəkər maddələr mübadiləsinə mənfi təsir edir. Şəkər tərkibli qidalar dəridə problemlər yaradır.

Şəkər insanda asılılıq yaradır. Nə qədər çox şəkər yesəniz, o qədər çox istəyəcəksiniz. Bunun üçün çalışıb şirniyyatdan uzaq durun, əvəzinə qurudulmuş meyvələr yeyin.

Şəkərdən daha az istifadə etdiyiniz zaman seratonin və dopamin nizamsızlığı baş vermir. İnsan özünü rahat hiss edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR