Türkiyə paytaxtı Ankarada keçirilən əməliyyat nəticəsində dəyəri 70 milyon dollar olan kalifornium maddəsi aşkarlanaraq götürülüb.
Milli.Az report-a istinadən xəbər verir ki, kalifornium (Cf) radioaktiv kimyəvi elementdir.
Bu maddə ilk dəfə 1950-ci ilə ABŞ-da Kaliforniya Universitetirində əldə edildiyi üçün bu ali təhsil ocağının şərəfinə "kalifornium" adlandırılıb. Həmin maddədən nüvə silahlarının başlıqlarında və Atom Elektrik Stansiyalarında istifadə olunur. Onun bir qramı 4 milyon dollardır.
Hadisə ilə bağlı əlavə məlumat yayılmayıb.
Milli.Az