Hindistan Silahlı Qüvvələrinin Quru Qoşunlarının qərargah rəisi general Dhiraj Setin rəhbərlik etdiyi hərbi nümayəndə heyəti Moskvaya səfər edib.

Metbuat.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, tərəflər hərbi əməkdaşlığın genişləndirilməsi və iki ölkənin silahlı qüvvələrinin döyüş hazırlığının artırılmasına yönəlmiş layihələri müzakirə ediblər.

Görüşün yekununda Rusiya və Hindistanın quru qoşunları arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da gücləndirilməsi barədə razılıq əldə olunub.