Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin avqust ayında təqdim olunan proqnozlara əsasən baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiyməti 2027-2030-cu illər üzrə 65,0 ABŞ dolları olacağı fərz edilib.
Metbuat.az xəbər verir ki, proqnozlara əsasən 2027-ci ilin sonuna ÜDM-in həcmi 141,0 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-i 109,1 milyard manat təşkil edəcək.
Bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2027-ciilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.
Qeyd edilib ki, 2030-cu ildə isə ÜDM-in 169,1 milyard manata, qeyri-neft-qaz ÜDM-in isə 138,6 milyard manata çatacağı proqnozlaşdırılır.
"Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,3 faiz, qeyri-neft-qaz ÜDM-in isə 4,4 faiz olacağı proqnozlaşdırılır. 2030-cu ildə ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payının 82,0 faizə çatacağı gözlənilir", - məlumatda qeyd edilib.