Azərbaycan bu ilin yanvar-avqust aylarında 16,3 milyard kubmetr həcmində təbii qaz ixrac edib.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Bu dövrdə Azərbaycandan ixrac edilən təbii qazın dəyəri isə 5,7 milyard dollar təşkil edib.
Hesabat dövründə ölkədən ixrac edilən təbii qazın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 0,4%, dəyəri isə 4,7% azdır.
Əlavə edək ki, Azərbaycanın ümumi ixracında təbii qazın payı 26,18% olub.