İranda Novruz bayramı ərəfəsində bədbəxt hadisələr nəticəsində xəsarət alanların statistikası açıqlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, insidentlər daha çox çərşənbə axşamları bayram tonqalları ətrafında qeydə alınıb.

Belə ki, partlayıcı maddələrlə ehtiyatsız davranmaq nəticəsində ümumilikdə 2000-ə yaxın şəxs xəsarət alıb.

Onların 600-dən çoxu xəstəxanaya yerləşdirilib. 263 nəfər gözündən əməliyyat olunub, 20-dən çox adamın əli və ya ayağı amputasiya edilib.

6 nəfər xəstəxanada həyatını itirib.

Milli.Az