Xəbər verdiyimiz kimi, Rusiyanın Kemerovo şəhərində baş vermiş güclü yanğın nəticəsində 41 uşaq olmaqla 64 nəfər ölüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu gün Bakı sakinləri başsağlığı əlaməti olaraq Rusiyanın Azərbaycandakı səfirliyinə gül dəstələri və oyuncaqlar qoyublar.

Qeyd edək ki, hadisə martın 25-də Kemerovo şəhərində yerləşən "Qış albalısı" ticarət və əyləncə mərkəzində baş verib.

Faktla bağlı cinayət işi açılıb, bir neçə nəfər həbs edilib.

Milli.Az