“Sərhədə tel çəkib, konserva qabları yapışdırıblar ki...” – Mübariz Əhmədoğlu

Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi, general Movses Akopyan müsahibəsində Qarabağda yeni müharibənin başlanacağını istisna etməyib. O, erməniləri arxayın etməyə çalışıb ki, Ermənistan ordusu müharibəyə hazırdır.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Mübariz Əhmədoğlu bildirib ki, Ermənistanın bütün rəhbərliyi, prezidenti, o cümlədən də Movses Akopyanın ən yaxşı bacardığı iş yalan danışmaqdır:

“Aprel döyüşlərinə qədər də erməni siyasi rəhbərliyi eyniliklə bu qaydada danışırdılar ki, Ermənistan ordusu əla vəziyyətdədir, Azərbaycanla döyüşə hazırdır, Azərbaycanı vurub dağıdacağıq, Kürə qədər çıxacağıq və s. Amma aprel döyüşlərində bəlli oldu ki, vəziyyət nə yerdədir, hətta ermənilər də, ermənipərəstlər də etiraf edirlər ki, Ermənistan ordusu darmadağın olub. Movses Akopyan uzun müddət Dağlıq Qarabağdakı işğalçı erməni ordusuna rəhbərlik edən adamdır. Onun rəhbərlik elədiyi dövrdə orduda korrupsiya başladı, Yəni, Akopyan Dağlıq Qarabağdakı işğalçı erməni ordusunda korrupsiyanın bünövrəsini qoyan adamlardan biridir. Movses Akopyan tərifləyirdi ki, Dağlıq Qarabağda ordu əla vəziyyətdədir, aprel döyüşlərindən sonra isə bəlli oldu ki, müasir qurğular əvəzinə sərhədə tel çəkiblər. Telə də konserva qabları yapışdırıblar ki, Azərbaycan əsgəri keçəndə konserva qapı səs edəcək, ermənilər eşitsin. Yəni, orta əsrlər metodu ilə bunlar özlərini müdafiə edirlər.

Bu adam ordunun pulunu yeyib dağıdıb, indi də hazırda Dağlıq Qarabağ işğalçı erməni ordusunda bütün təchizat, ərzaq məsələlərinin hamısı onun şirkətləri vasitəsilə reallaşdırılır. Hamısının da korrupsiya sxemi var. Yəni, deməkdə məqsədim odur ki, Movses Akopyan o ordudan şəxsən özü üçün qazanır. Ona görə o cür də danışmalıdır. Şəxsi də olsa deyim ki, onun həyat yoldaşı avtoşdur. Ona görə də Xankəndinin küçələrini balaca hesab elədi, əri o vaxt nazir işləyəndə onu məcbur elədi ki, Yerevana köçsünlər. Gedib Yerevanda villa tikdilər.

Dediyim kimi, Akopyanın dediklərinin hamısı cəfəngiyyatdır. Özlərinin şəxsi maraqlarının təmininə yönəlmiş söhbətlərdir, erməni xalqının maraqları ilə uyğun gəlməyən fikirlərdir. Ona görə də onun dediklərini qeyri-ciddi hesab edirəm. Movses Akopyana və o cür danışanlara ən yaxşı cavab kimi rbk.ru (("РосБизнесКонсалтинг") saytında dərc edilən yazını göstərmək olar. Bu sayt ermənilərə yaxın olan saytdır. Orada bu yaxınlarda geniş ermənipərəst bir material dərc edilib. Yazıda Azərbaycanın imkanları nə qədər zəif göstərilsə də, Ermənistan nə qədər güclü göstərilsə də, ortaya qoyulan bütün arqumentlərdən çıxan nəticə odur ki, Azərbaycan həm siyasi, həm iqtisadi, həm silahlanma, həm də ordunun şəxsi heyəti baxımından Ermənistandan dəfələrlə yüksəkdir, Azərbaycan bütün bu parametrlər üzrə irəliləyir, Ermənistan isə geriləyir. Bunu ermənilərə yaxın olan rusiyalı ekspertlər yazırlar. Eləcə də təkcə ümumi ifadələrlə, tezislərlə yox, konkret misal gətirilir ki, aprel döyüşləri göstərdi ki, Azərbaycan ordusu erməni ordusundan güclüdür. Şəxsən Azərbaycan ordusunun gecə döyüşlərində erməni ordusundan güclü olduğunu bir yenilik kimi ortalığa qoyublar”.

Günay Elşadqızı / METBUAT.AZ

“Bu, soyuq müharibənin başlanması və davamıdır” – Arzu Nağıyev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı