Mehriban Əliyeva Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak edib

Martın 30-da Bakıda, İçərişəhərdə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin açılış mərasimi olub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

Birinci vitse-prezident Mehriban Əliyeva Mərkəzin binasında yaradılmış şəraitlə tanış oldu.

Mərasimdə Birinci vitse-prezident Mehriban Əliyeva, Maqsud İbrahimbəyovun həyat yoldaşı Anna İbrahimbəyova, Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli çıxış etdilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR