"İraqda olan azərbaycanlı uşaq və qadınlarla bağlı İraq hökuməti olaraq danışıqlar aparmağa, müzakirələr keçirməyə hazırıq".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İraq xarici işlər nazirinin müavini Said Şorş Xalid deyib.
Nazir müavini qeyd edib ki, bir çox ölkələrə uşaqların qaytarılmasında kömək ediblər:
"Məsələn, Rusiyaya İraqda qalan 27 uşağın qaytarılmasında kömək etmişik. Azərbaycanla da müzakirələrə hazırıq və onların geri qaytarılması ilə bağlı müvafiq qərar qəbul edə bilərik".
Milli.Az