Kiyev "Dinamo"su və Ukrayna millisinin sabiq qapıçısı Aleksandr Şovkovski silahlı hücuma məruz qalıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, veteran qolkiper qızını Pasxa bayramına aparmaq istərkən keçmiş qayınanası ona hücum edib.

"Qızım və onun anası evdə deyildi. Orda alkoqol aludəçiliyi olan keçmiş yoldaşımın anası idi. O, eyvandan mənim başıma daş atmağa başladı. Daha sonra tapancadan mənə atəş açmağa başladı. O, 3 dəfə atəş açdı. Səsə qonşular çıxdı və mənə təklif etdi".

Şovkovski karyerasını 2016-cı ilin sonunda başa vurmuşdu.

Milli.Az