Seçkiləri 51 xarici KİV-dən 118 jurnalist işıqlandıracaq

Seçkiləri 51 xarici KİV-dən 118 jurnalist işıqlandıracaq
17:08 10 Aprel 2018
53 Digər
Ölkə mətbuatı
A- A+

"Mərkəzi Seçki Komissiyası müxtəlif fiziki qüsurlu insanların seçkidə iştirakını təmin etmək üçün müəyyən tədbirlər görüb. Bu sıraya əlil insanların seçki məntəqələrinə gəlmələri, eşitmə qüsuru olan seçicilərin səs verməsinin təmin edilməsi kimi tədbirlər daxildir".

Publika.az xəbər bunu keçirdiyi mətbuat konfransında MSK sədri Məzahir Pənahov bildirib.

O, gözdən əlilliyi olanlar üçün seçki bülletenlərinin Brayl əlifbası ilə çap edildiyini vurğulayıb.

M.Pənahov seçkilərlə bağlı 51 beynəlxalq KİV-i təmsil edən 118 jurnalistin ölkəyə gəldiyini bildirib. MSK sədri onların arasında “Vaşinqton Tayms”, “Hill”, “Yerusəlim Post”, “The Tames of İsrael”, “Daily Caller”, “Muslim World Today”, “The Algemainer”, “İndependent Journal Review”, “RAİ” TV, “New Europe”, “Al Jaazeera”, ORT, RTR, Rossiya Seqodnya, Daily Times, TRT World və digər KİV-lərin nümayəndələri var. ABŞ, Böyük Britaniya, İtaliya, Fransa, Belçika, Bolqarıstan, Qətər, Rusiya, Qazaxıstan, Pakistan, Əlcəzair, Livan, Mərakeş, İordaniya, Misir, İsrail, Türkiyə, İndoneziya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Yaponiya və digər ölkələrin aparıcı KİV-ləri Azərbaycandakı seçkiləri müşahidə edəcəklər.

M.Pənahov seçkiqabağı təbliğat dövründə görüşlərin keçirilməsi üçün 168 qapalı, 84 açıq məkanın ayrıldığını vurğulayıb.

MSK sədri seçkinin ilkin nəticələrinin aprelin 11-dən 12-ə keçən gecə açıqlanmasına çalışacaqlarını vurğulayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR