124 saylı Şuşa-Ağdam- Xocalı-Xocavənd seçki dairəsi üzrə hazırda 85 seçki məntəqəsi fəaliyyət göstərir. Bu seçki məntəqələri respublikanın 55 rayonunda yerləşir.
Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a dairə seçki komissiyasının sədri Vahid Abbasov məlumat verib.
Komissiya sədri bildirib ki, bu gün dairə seçki komissiyası özündə Şuşa, Ağdam, Xocalı və Xocavənd rayonlarının seçicilərini birləşdirir. Ümumilikdə isə 44 min 88 nəfər seçici qeydiyyata alınıb. Dairə seçki komissiyasının 9 üzvü var və onlar sözügedən rayonların nümayəndələridir.
V.Abbasov, həmçinin əlavə edib ki, səsvermənin gedişini izləmək üçün bütün seçki məntəqələri ilə hər 2 saatdan bir telefon vasitəsilə əlaqə saxlanılır.
Seçki məntəqələri saat 19.00-da bağlandıqdan sonra protokol tərtib ediləcək və seçki dairəsinə təqdim olunacaq.
Milli.Az