Vətəndaşlarımız Daşkənddəki səfirliyimizdə yaradılmış məntəqədə səs verirlər - FOTO

Vətəndaşlarımız Daşkənddəki səfirliyimizdə yaradılmış məntəqədə səs verirlər - FOTO
11:32 11 Aprel 2018
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Aprelin 11-də Azərbaycanın Özbəkistandakı səfirliyində yaradılmış 17 saylı Yasamal üçüncü seçki dairəsinin tərkibindəki 44 saylı seçki məntəqəsində səsvermə başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, əvvəlcə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları və onların ailə üzvləri səs veriblər.

Səfir bildirib ki, Özbəkistanda yaşayan və işləyən Azərbaycan vətəndaşlarının sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb. Seçki siyahısında səsvermə hüququ və konsulluq qeydiyyatında olan 152 Azərbaycan vətəndaşının adı var. Bu gün Özbəkistanda ezamiyyətdə olan vətəndaşlarımız da qanunvericiliyə uyğun olaraq səfirliyə gəlib səsvermədə iştirak edə biləcəklər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/641124.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR