Masallıda avtomobil aşdı: 4 yaralı

Masallıda avtomobil aşdı: 4 yaralı
10:52 13 Aprel 2018
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Masallı rayonunda "VAZ 2107" markalı minik maşınının aşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Milli.Az APA-a istinadən xəbər verir ki, xəsarət alan şəxslər rayonun Kalinovka kənd sakinləri - 1996-cı il təvəllüdlü Elvin Fərzəliyev, 1997-ci il təvəllüdlü Orxan Bağırov, 1980-ci il təvəllüdlü İnşallah Məmmədov və 1978-ci il təvəllüdlü Rəsul Calıyevdir.

Onlar təcili yardım maşını ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Hazırda onların müalicəsi travmatologiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/641885.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR