Pomidor daşıyan yük maşını digər yük avtomobili ilə toqquşub, xəsarət alan var

Pomidor daşıyan yük maşını digər yük avtomobili ilə toqquşub, xəsarət alan var
08:32 23 Aprel 2018
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Qazax yolunun Yevlax rayonu ərazisinə düşən 292-ci km-də xəsarətlə nəticələnən qəza baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, 1963-cü il təvəllüdlü Bakı şəhər sakini Elxan Xurşudovun sükanı arxasında olduğu yük avtomobili idarəetmədən çıxaraq yol kənarında dayanmış başqa bir yük maşınına çırpılıb.

Nəticədə E.Xurşudov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

E.Xurşudov idarə etdiyi yük avtomobili ilə pomidor daşıyırmış.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/644660.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR