Bakıda "Hyundai" yol ayrıcısına çırpılıb, ölən var

Bakıda "Hyundai" yol ayrıcısına çırpılıb, ölən var
06:32 27 Aprel 2018
136 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda "Hyundai" yol ayrıcısına çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonu ərazisində "Hyundai" markalı minik avtomobili yol ayrıcısına çırpılıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Avtomobildə sıxılmış vəziyyətdə qalmış 1958-ci il təvəllüdlü Abıyeva Ağgül Şahverdi qızının cəsədi xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/645923.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR