Bakı Milli Gimnastika Arenası qüsursuzdur.
Milli.Az bildirir ki, bunu Trend-ə Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda liderlərdən sayılan rusiyalı gimnast Mariya Sergeyeva deyib.
M.Sergeyeva deyib ki, o, Bakıda və ümumiyyətlə Dünya Kubokunda ilk dəfədir ki, çıxış edir: "Burada hər şey möhtəşəmdir - geniş və gözəl arena, xalı, işıq və tavan necə lazımdırsa, elə də qurulub. Ümumilikdə, arena çox qüsursuzdur. Bakılı azarkeşlər isə istənilən gimnasta çıxış etməyə kömək edir".
Qeyd edək ki, Bakı 6-cı dəfə bədii gimnastika üzrə Dünya Kubokuna ev sahibliyi edir.
Milli.Az