Cənubi Afrikadakı vəhşi heyvanat parkında dəhşətli hadisə baş verib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, parkda olan yaşlı bir nəfər şir tərəfindən cırmaqlanıb, daha sonra qaçırılıb. Ətrafdakılar qışqırmağa başlayıb, silah səsləri eşidilib.

Dəhşətverici anlar sosial mediada yayılıb.

Həmin şəxsin və şirin sağlıq vəziyyəti barədə məlumat yoxdur.

Aysel Yaqubqızı / Metbuat.az