Suriyanın Hama rayonunun Kefer Zita ərazisindəki xəstəxanaya hava hücumu təşkil olunub.

Metbuat.az "A Haber"ə istinadən xəbər verir ki, hücum nəticəsində xəstəxananın əməkdaşı ölüb.

Xəstəxananın mətbuat katibi Həsən əl Ağrac açıqlamasında xəstəxanaya 3 dəfə havadan hücum olunduğunu, nəticədə bir nəfərin ölüb, 5 nəfərin isə ağır yaralandığını bildirib.

Aysel Yaqubqızı / Metbuat.az