Ədalət və İnkişaf Partiyası Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi üçün 316 imza ilə qrup qərarı alıb.

Metbuat.az "A Haber"ə istinadən xəbər verir ki, baş nazir Binəli Yıldırım AKP-nin prezidentliyə namizədinin Rəcəb Tayyib Ərdoğan olduğunu rəsmən açıqlayıb. Nazirin sözləri salondakılar tərəfindən ayaqda alqışlanıb.

Yıldırım 24 iyunda keçiriləcək seçkilərlə bağlı aldıqları qərarın ardından çıxış edib. O, çıxışında:

"Türkiyə güclü və böyük ölkədir. Demokratiya və azadlıq başda olmaqla siyasi sabitlik təhlükəsizlik və inkişaf millətin rifahı üçün olduqca vacibdir. Çünki coğrafi mövqe, tarixi keçmiş və qonşularlarla qohumluq əlaqələri Türkiyənin üzərinə böyük məsuliyyət qoyur. Bu günlərdə formalaşmaqda olan qlobal plan keçmişlə müqayisə olunmayacaq dərəcədə fərqli və yeni xüsusiyyətlər göstərir. Qalıblamış münasibətlər çevrilir, vərdişlər dəyişir. Bu vəziyyətdə önəmli bir sual ortaya çıxır. Türkiyə harada yer alacaq? İmkan və qabiliyyətindən istifadə edərək yarana biləcək riskləri aradan qaldırmaq üçün nə edəcək?

16 il içərisində bir çox müdaxilələrə məruz qaldıq, ancaq 15 iyul dövlət çevrilişi ölkəmizə istiqamətlənmiş intriqa və hiylənin ən bariz nümunəsi idi.

Bizim namizədimiz millətin adamıdır. AKP olaraq qapalı qrup toplantısında aldığımız qərarla Türkiyə sevdalısı, məzlumların köməkçisi Rəcəb Tayyib Ərdoğanı prezidentliyə namizəd olaraq açıqlayırıq. Xeyirli, uğurlu olsun"-deyib.


Aysel Yaqubqızı / Metbuat.az