Hindistanda uşaqlar itlərin hücumuna məruz qalıb.
Metbuat.az "A Haber"ə istinadən xəbər verir ki, polis məmuru Anand Kulkarnı Uttar Pradeş əyalətinin Sitapur bölgəsində keçən həftə itlərin hücumu nəticəsində 6 uşağın öldüyünü, onlarla uşağın isə ağır yaralandığını bildirib.
Kulkarni uşaqların manqo toplayarkən ya da evlərinin çölündəki tualetə gedərkən hücuma məruz qaldığını açıqlayıb.
Statistikalara görə, noyabr ayından bu yana yaşları 5-12 aralığında olan 12 uşaq it dişləməsi nəticəsində ölüb.
Aysel Yaqubqızı / Metbuat.az