Ermənistan-Azərbaycan sərhədini keçməyə cəhd edən 6 əcnəbi saxlanılıb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan özünün “Facebook” səhifəsində yazıb.

Sərhədi keçməyə cəhd edən əcnəbilərin erməni hərbçiləri tərəfindən saxlanıldığı bildirilir. Hadisə ötən gecə baş verib.

Məsələ ilə bağlı sorğuya cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər ki, onlarda belə bir məlumat yoxdur. //APA.az