Şimali Koreya lideri Kim Çen In yenidən Çinə səfər edərək ölkə başçısı Si Tsinpin ilə bir araya gəlib.
Metbuat.az xəbər verir ki, bu barədə rəsmi Pekin açıqlama yayıb. Məlumata görə, görüş Çinin Dalyan şəhərində baş tutub.
ABŞ prezidenti Donald Tramp açıqlamanın ardından "Tweet" ataraq bu gün Çin prezidenti ilə Şimali Koreya və ticarət məsələlərini müzakirə edəcəyini yazıb.
Aysel Yaqubqızı / Metbuat.az