Dikdaban ayaqqabı ölümə səbəb olub.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Hindistanda toy mərasimi zamanı bədbəxt hadisə baş verib.

Dikdaban ayaqqabı 6 aylıq körpənin ölümünə səbəb oldu - FOTO

Hindistanın Mumbay vilayətinin yaxınlığındakı Kalyanda keçirilən toy mərasiminə qatılan 23 yaşlı Femida Şaik adlı qadın dikdaban ayaqqabı ilə eyvanda gəzərkən müvazinətini itirib və qucağındakı 6 aylıq Məhəmməd eyvandan yerə düşüb.

Onurğası sınan 6 aylıq uşaq xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Hadisə ilə bağlı cinayət işi açılıb. Araşdırma aparılır.

Emin
Milli.Az