Suriyada hərbi mənbələr Dəməşqin Kisva bölgəsini hədəf alan iki İsrail raketinin zərərsizləşdirildiyini bildirib.
Metbuat.az "A Haber"ə istinadən xəbər verir ki, Suriyanın paytaxtı Dəməşqin Kisva bölgəsində şiddətli partlayışlar meydana gəlib. Hücum zamanı iki əsgəri qüvvə hədəf alınıb.
Bəşər Əsəd rejiminin rəsmi xəbər agentliyi SANA-nın hərbi mənbələrə istinadən məlumatına görə, iki İsrail raketi rejimin havadan müdafiə sistemləri tərəfindən təsirsiz hala gətirilib.
Aysel Yaqubqızı / Metbuat.az