Əfqanıstan-Tacikistan sərhədində şiddətli ZƏLZƏLƏ

Əfqanıstan-Tacikistan sərhədində 6.2 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, zəlzələnin episentri İskaşim şəhərinə 36 kilometr məsafədə, ocağı isə yerin 111 metr dərinliyində qeydə alınıb.

Sarsıntı Pakistan, Hindistan, Çin, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Türkmənistanda da hiss edilib.

"Reuters" xəbər agentliyi Əfqanıstanın paytaxtı Kabildəki binaların sirkələndiyini bildirib.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR