Yeni Zelandiyanın Oklənd şəhər mərkəzində xeyli insan zəhərlənib.

Metbuat.az xəbər verir ki, zəhərlənməyə 16 mərtəbəli "Augusta House" binasının kondisionerlərindən hələ məlum olmayan səbəblərdən baş verən qaz sızması səbəb olub.

Hadisə yerinə dərhal təcili yardım briqadası cəlb olunub. 14 nəfər xəstəxanaya yerləşdirilib.

Aysel Yaqubqızı / Metbuat.az