Ermənistanın Dövlət Əmlakı İşləri üzrə İdarəsinin rəisi Arman Saakyan istefa verdiyini açıqlayıb.

A.Saakyan bu qərarının Nikol Paşinyanın baş nazir seçilməsi ilə əlaqədar olduğunu bildirib.

Qeyd edək ki, N.Paşinyan hakimiyyətə gəldikdən sonra hakim Respublika partiyası parlamentdə müxalifət mövqeyinə keçib.

N.Paşinyan mayın 8-i parlamentdə keçirilmiş səsvermə nəticəsində baş nazir seçilib. //Trend.az