Almaniyanın Hamburq şəhərində şiddətli yağış və fırtına həyatı iflic edib.
Metbuat.az xəbər verir ki, 45 dəqiqə davam edən leysan küçələri su altında qoyub. Bəzi bölgələrə dolu yağıb. Elba çayı daşıb və ətrafındakı bir çox evi su basıb.
Evlərində köməksiz qalanlar xilasetmə briqadası tərəfindən çıxarılıb.
Küçələr daşqın səbəbi ilə uzun müddətə bağlanıb, bəzi qatar və avtobus səfərləri ləğv edilib.
Aysel Yaqubqızı / Metbuat.az