Tehranda etiraz aksiyası keçirilir.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, yüzlərlə İran vətəndaşı Tehranın mərkəzinə yığışaraq Donald Trampın İranla bağlı qərarına etiraz edirlər.

Qeyd edək ki, İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və "altılıq ölkələri" - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.

May ayının 8-də Donald Tramp ABŞ-ın sazişdən çıxmasını bəyan edib. ABŞ prezidenti, həmçinin İrana qarşı bütün sanksiyaların bərpa olunacağını bildirib.

Emin
Milli.Az