Yəməndə difteriya epidemiyasından ölənlərin sayı 91 nəfərə çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, Yəməndəki 23 rayonun 20-də 1725 şübhəli difteriya xəstəsi aşkar edilib. Ən çox İbb və Əl-Hudeydə rayonlarında oktyabr ayından bu günə qədər 91 nəfər difteriyadan ölüb.

Aysel Yaqubqızı / Metbuat.az