Hazırda Bakı şəhərində və şəhər ətrafında bir-neçə ərazidə, daha dəqiqi Mir Cəlal, Əsəd Əhmədov, Təbriz və Məhəmməd Hadi küçələrində, Babək prospektində, həmçinin Xırdalan-Binəqədi, Buzovna-Mərdəkan, Lökbatan-Qızıldaş-Güzdək, Səngəçal-Çeyildağ, Mehdiabad-Pirşağı, Maştağa-Nardaran avtomobil yollarında təmir işləri aparılır.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.