Əfqanıstanın şimalındakı Qunduz vilayətində Taliban terrorçuları hərbi məntəqəyə silahlı hücum ediblər.

Metbuat.az "A Haber"ə istinadən xəbər verir ki, hücum nəticəsində 8 əsgər ölüb, 5-i isə ağır yaralanıb.

Qunduz Polis Müdirliyinin sözçüsü Enamuddin Rəhmani atışmada 6 terrorçunun öldüyünü bildirib.

Aysel Yaqubqızı / Metbuat.az