Səudiyyə Ərəbistanının şimalındakı "Əl-Hənəfə" təbiəti qoruma bölgəsində təyyarə qəzaya düşüb.
Metbuat.az xəbər verir ki, qəza nəticəsində 4 nəfər ölüb.
Səudiyyə Ərəbistanı Təbiəti Müdafiə Qurumunun "Twitter" hesabından verilən açıqlamada ölənlərdən birinin qurum müdiri Suud ibn Rəca əş-Şəmri olduğu bildirilib.
Aysel Yaqubqızı / Metbuat.az