Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ Xarici işlər naziri Mayk Pompeonun görüş tarixi bəlli olub.
Metbuat.az xəbər verir ki, XİN rəhbərlər paytaxt Vaşinqtonda iyunun 4-də görüşəcək.
Nazirlər görüşdə Suriya və Orta Şərqdəki hadisələr, ikili münasibətlər, terror təşkilatları PKK və FETÖ ilə mübarizə məsələlərini müzakirə edəcəklər.
Aysel Yaqubqızı / Metbuat.az